Arvadını və uşaqlarını tanımayanın faciəsi - FOTO

Arvadını və uşaqlarını tanımayanın faciəsi - FOTO
20:05 19 Yanvar 2015
327 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu insan nə arvadını, nə də uşaqlarını tanıya bilir. O, "sifət koru"dur. Yəni gördüyü, danışdığı, ünsiyyətdə olduğu insanların simalarını yadda saxlaya bilmir.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 46 yaşlı rəssam Daniel Devlin prozopaqnoziya xəstəsidir. Bu mərəzin digər adı "sima korluğu"dur.
Daniel müayinələrdən çıxandan sonra düçar olduğu bəladan xəbər tutmuşdu.
 
O, anormal durumunu daha da sərtləşdirməmək, ailəsi ilə nisbətən normal yaşam keçirmək üçün var gücü ilə çalşıır.
Londonun Nunhed səmtində yaşayan Daniel Devlin ailə üzvlərini unutmamaq üçün onların səslərini, davranışlarını, vücud dillərini yadda saxlamağa cəhd göstərir.
 
Devlinin xanımının dediyinə görə, günlərin birində əri 5 yaşlı oğulları Emili məktəbdən götürmək üçün yollanıb və başqa uşağı evə gətirib: "Ərim gördüyü insanların, hətta ailə üzvlərinin simalarını yadda saxlaya bilmir. O, bizi səslərimizə, hətta əllərimizə görə tanıyır".
 
Daniel Devlin deyir ki, xanımı Katarina, 5 yaşlı oğlu Emil və 8 yaşlı qızı Klaranı tanımaq üçün onların jestlərindən də yararlanır.
 
Milli.Az
 





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR