Əməkdar artistin bu görüntüsü ilk dəfə yayıldı - VİDEO

Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqə onunla bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, müğənninin arxiv görüntülərini paylaşaraq, babası haqqında yazıb:

"Hər birimizin həyatında yeri dolmayacaq biri olur. O insanın qəfil yoxluğu həyatımızda sarsıdıcı izlər buraxır. Zaman keçdikcə yoxluğuna alışmaq əvəzinə, darıxmaq hissi daha da şiddətlənir. Təəssüf ki, tək təsəllimiz itirdiyimiz əzizlərimizin yuxularımızın qonağı olmasıdır. Geriyə qalan isə sadəcə şəkillər və videolardır. Cavanşir babanın ifasında hazırladığım video postu sizlərlə bölüşmək istədim. Allah sənə rəhmət eləsin, əziz babam! Yerin cənnət olsun".

Xatırladaq ki, C.Məmmədov aprelin 20-də ürəktutmasından dünyasını dəyişib.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR