Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu oldu - Paris-2024

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Metbuat.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.

***

19:05

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Metbuat.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.

Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

***

14:33

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Metbuat.az bildirir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

***

Azərbaycan cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Zelim Kotsoyev mübarizəyə başlayıb.

Metbuat.az bildirir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR