Əməkdar artist Zemfira Nəcəfova vəfat etdi - FOTO

Lənkəran Dövlət Dram Teatrına ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, teatrın aparıcı aktyoru, Əməkdar artist Zemfira Nəcəfova dünyasını dəyişib.

Teatrın əməkdaşı Namiq Ağayev məlumatı təsdiqləyib. O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, Zemfira Nəcəfova uzun sürüən xəstəlikdən sonra dünyasını dəyişib:

"Hazırda Zemfira Nəcəfovanın dəfni ilə bağlı hazırlıq işləri görülür. Əməkdar artistin cənazəsi teatrdan götürüləcək".

Qeyd edək ki, Zemfira Nəcəfova 1950-ci ilin 1 aprelində Bakı şəhərində anadan olub.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən Lənkəran Dövlət Dram Teatrın da aktrisa vəzifəsində çalışıb. 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Bir çox tamaşalarda oynayan mərhum aktrisa "Günəşim ol" serialında da rol alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR