Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə türk jurnalist Rəşad Can Özbudaq şəxsi X hesabında paylaşım edib. Can Özbudaq bildirib ki, 1-ci Liqada çıxış edən "Ankaragücü"nün 25 yaşlı hücumçunun keçidini yekunlaşdırmaq üzrədir.
Qeyd edək ki, müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə "Hatayspor"un formasını geyinib.