Bakıda 19 maşına çırpılan avtobusla bağlı YENİ FAKT

Xəbər verdiyimiz kimi, Bakının Yeni Yasamal adlanan ərazisində 165 nömrəli avtobus zəncirvari qəzaya səbəb olub.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə zamanı avtobusda sürücü olmayıb.

"Avtobus park edilmiş vəziyyətdə olub. Hansısa nasazlıq səbəbindən avtobus hərəkət edib. Hadisə nəticəsində avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib. Üç nəfər xəsarət alıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır", - açıqlamada deyilir.

Hadisə görüntülərini təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR