Şəhər krossoveri Volvo S60 - FOTOSESSİYA

Şəhər krossoveri Volvo S60 - FOTOSESSİYA
20:17 19 Yanvar 2015
315 Maraqlı
Ölkə mətbuatı
A- A+

İsveçlilər şəhər krossoverləri seqmentində eksperimentlərini davam etdirirlər. Yeni V40 və V60 modellərindən sonra Gross Country ailəsi S60 sedan – dünyada dördqapılı sedan bazasında ilk kütləvi yolsuzluq avtomobili ilə daha da böyüyüb. Standart versiyadan onun fərqi çox deyil – 200 mm artırılmış klirens və kəndarların və bampelərin üzərində qoruyucu üstlüklər. Avtomobil adi S60 sedanda istifadə edilən mühərrik sırası ilə təchiz ediləcək. Yalnız Cross Country versiyasına XC60 krossoverdən götürülmüş 2,4 litrlik turbodizel istisnadır.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, təqdimat mərasimində S60 Cross Country modelinin sedan-yolsuzluq avtomobillərinin yeganə nümayəndəsi olduğunu bildirən şirkətin vitse-prezidenti Alen Visser onun eyni zamanda yolsuzluq şəraitinin öhdəsindən gələ biləcək güclü sedana ehtiyac hiss edənlər üçün nəzərdə tutulduğunu da əlavə edib.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR