İngiltərə klubundan türk futbolçuya fantastik məbləğ

Avropa çempionatında Türkiyə millisinin heyətində göstərdiyi performansla diqqətləri üzərinə cəmləyən "Fənərbağça"nın futbolçusu Ferdi Kadıoğluya təkliflər gəlməkdə davam edir.

Metbuat.az xəbər verir ki, bu dəfə İngiltərənin "Brayton" klubu futbolçunun keçidində maraqlıdır. Türk mediasının yazdığına görə, İngiltərə klubu 24 yaşlı Ferdi üçün 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, futbolçu 2018-ci ildən İstanbul təmsilçisinin formasını geyinir. O, klubda 200-dən artıq matçda meydana çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı