Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.
Metbuat az bildirir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparıb.
Görüşdə H.Əliyev rəqibinə 3:10 hesabı ilə məğlub olub. Buna baxmayaraq Hacı medal şansını saxlayıb. Belə ki, Muszukayev finala vəsiqə qazanacağı təqdirdə idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək.
***
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Metbuat.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev meksikalı Ostin Qomeslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. H.Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.