Azərbaycan əmtəəlik qaz hasilatını 6%-dən çox artırdı

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 24 225,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 1,1% çoxdur.

Bu barədə Metbuat.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

    Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 22 442,8 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 0,9% çoxdur.

    Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 16 913,8 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 22 510,9 mlrd. kub metr təşkil edib.

    “Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 4,3% azalıb, əmtəəlik qaz hasilatı isə 6,4% artıb”, - məlumatda qeyd olunur.

    Məlumatda o da qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 16 950,1 min ton neft (4,4% azalma) və 29 457,2 mln. kubmetr qaz (6,4% artım) hasil edilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı