Mənzildəki partlayışa səbəb əl qumbarası olub - YENİLƏNİB

Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

11:20

Sumqayıtda partlayış olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə yaşayış binasında qeydə alınıb. Orada olan bir nəfərin əlində partlayıcının partladığı və həmin həmin şəxsin öldüyü bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR