Uşaq musiqi məktəbində anma tədbiri

Uşaq musiqi məktəbində anma tədbiri
20:28 19 Yanvar 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Beyləqan şəhərindəki Niyazi adına uşaq musiqi məktəbinin akt zalında rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, mədəniyyət və turizm şöbəsi, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi və “Araz” ədəbi birliyi əməkdaşlarının iştirakı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilib.
Məktəbdən AzərTAc-a bildiriblər ki, çıxış edənlər bu tədbirin Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq təşkil edildiyini vurğulayıblar.
Mərasim uşaq musiqi məktəbinin şagirdlərindən ibarət yaradıcı kollektivlərin təqdimatında bədii hissə ilə davam edib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaq_musiqi_mektebinde_anma_tedbiri-825914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR