Meyiti tapılan şəxs​ nazirliyin sabiq əməkdaşı imiş - FOTO

Qusarda güllələnmiş halda meyiti tapılan 43 yaşlı Ramik Əhmədov Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı olub.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən açıqlamada bildirilib ki, Ramiq Radik oğlu Əhmədov əvvəllər FHN-də çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Ramik Əhmədov FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

11:29

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR