Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinin Bakıda dövlət səfərində olduğu gün Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozmasına münasibət bildirib.
Metbuat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Rusiya və Azərbaycan prezidentləri Bakı və İrəvanın barışması məsələsini ətraflı müzakirə ediblər.
“Prezidentlər birgə mətbuat konfransında bu məsələnin üzərində ətraflı dayanıblar. Bizim bu trekdə bütün səylərimiz Bakı və İrəvanla strateji münasibətlərimizin ruhuna cavab verir. O ki qaldı, Ermənistan-Azərbaycan sərhədində gərginliyin mümkün artmasına, biz İrəvan və Bakını müntəzəm olaraq təmkinli olmağa, vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə, bütün mübahisəli məsələləri istisnasız olaraq sülh, siyasi və diplomatik yolla həll etməyə çağırırıq”.