Klublarımızın hesabına UEFA-dan pul köçdü - MƏBLƏĞ

UEFA 2024/2025 mövsümündə avrokuboklarda (Avropa Liqası və Konfrans Liqası) çıxış edən Azərbaycanın üç klubuna vəsait ayırıb.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, bu ödənişlər "Zirə", "Sumqayıt" və "Sabah" klublarının hesablarına köçürülüb. "Zirə" Avropa Liqasındakı çıxışına görə 349600 avro, "Sabah" Konfrans Liqasında iştirakına görə 174600 avro əldə edib. "Sumqayıt" isə tam olaraq 524600 avro qazanıb.

Bu vəsaitlər AFFA-nın vasitəçiliyi ilə klubların müvafiq hesablarına köçürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR