“Telegram”dan Pavel Durovun saxlanılmasına ilk reaksiya

""Telegram"ın və onun sahibinin platformadakı sui-istifadələrə görə məsuliyyət daşıdığına dair iddialar əsassızdır".

Metbuat.az-ın məlumatına görə, bu barədə “Telegram” komandasının təsisçiləri Pavel Durovun saxlanılması barədə yaydığı açıqlamasıda qeyd edilib.

Bildirilib ki, "Telegram" Avropa Birliyi və Rəqəmsal Xidmətlər Aktının qanunlarına tam riayət edir, platformanın moderasiyası isə sənaye standartlarına uyğundur və daima təkmilləşdirilir:

""Telegram"ın baş direktoru Pavel Durovun gizlədə biləcəyi heç nə yoxdur və o, tez-tez Avropanı ziyarət edir. Bu səbəbdən, platformadakı sui-istifadələrə görə "Telegram" və ya onun sahibinin məsuliyyət daşıdığına dair iddialar əsassızdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı