Liviyanın şərqində hökumət bütün sahələrdə fövqəladə vəziyyət elan edib.
Metbuat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu səbəbdən neft hasilatı və ixracı dayandırılıb. Bunun nə ilə əlaqəli olduğu açıqlanmır.
Bəyanatda bildirilib ki, Liviya hökuməti bütün yataqlarda, limanlarda, neft təşkilatlarında və müəssisələrində fövqəladə vəziyyət elan edir, neft hasilatını və ixracını növbəti xəbərdarlığa qədər dayandırır.
Qeyd edək ki, Liviyada ikili hakimiyyət qalır. Ölkənin şərqinə Liviya Milli Ordusu, qərbinə Milli Birlik Hökuməti nəzarət edir.