Ukrayna yeni briqadalar yaradır - KİV

Ukraynada yeni mexanikləşdirilmiş briqadalar yaradılır. Bu göstərir ki, Ukrayna höküməti müharibənin tezliklə bitəcəyinə inanmır.

Metbuat.az "Forbes"ə istinadən xəbər verir ki, yeni briqadaların döyüşə hazır olması altı ay və ya daha çox çəkə bilər. Bildirilib ki, yeni mexanikləşdirilmiş briqadalar başqa ölkələrdə təlim keçəcək və orada yaşayan ukraynalılar cəlb olunacaq.

Nəşr qeyd edib ki, yeni briqadaların yaradılması iki şeydən asılıdır: Uğurlu səfərbərlik və Ukraynanın hərbi səylərinə davamlı xarici dəstək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR