Ramil Səfərovun xanımı rəqiblərini qabaqladı - FOTO

Növbədənkənar parlament seçkilərində 119 saylı Ağdam Seçki Dairəsindən namizəd Şəbnəm Səfərova rəqiblərindən üstün görünür.

Metbuat.az xəbər verir ki, "Ağdam TV" və "Ağdam" sosial şəbəkə platformasının seçicilər arasında keçirdikləri sorğuda o, rəqiblərini qabaqlayaraq ilk pillədə yer alıb. Şəbnəm Səfərova seçicilərlə keçirdiyi silsilə görüşlərlə və KİV-də apardığı uğurlu kampaniya ilə də fərqlənir.

Xatırladaq ki, 119 saylı Ağdam Seçki Dairəsindən 9 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-si siyasi partiyaların (YAP və AXP) namizədləri, 7 nəfər isə bitərəflərdir. Sözügedən dairədə əsas mübarizənin Şəbnəm Səfərova, "Təzadlar" qəzetinin baş redaktoru Asif Məmmədov və sabiq deputat Bəxtiyar Əliyev arasında keçəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda BDU-da rektor müşaviri kimi çalışan Şəbnəm Səfərova polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı