20 Yanvar faciəsi ilə bağlı həqiqətlər Rumıniya, Bolqarıstan, Xorvatiya KİV-lərində

20 Yanvar faciəsi ilə bağlı həqiqətlər Rumıniya, Bolqarıstan, Xorvatiya KİV-lərində
20:43 19 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Buxarest, 19 yanvar, AzərTAc
AzərTAc-ın Rumıniyadakı xüsusi müxbiri İqbal Hacıyevin Rumıniyanın “Romania Libera” qəzetində, “Agerpres” milli xəbər agentliyində, Bolqarıstanın “Trud” qəzetində “20 Yanvar – Azərbaycan xalqının faciəsi”, Xorvatiyanın “Jutarnji List” qəzetində isə “Sovet qoşunlarının canlı barrikadanı qıraraq keçmək istədiyi gün” sərlövhəli məqalələri rumın, bolqar və xorvat dillərində yayılıb.
Məqalələrdə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi terror aktı barədə ətraflı məlumat verilir, öz konstitusion hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılır. Müəllif 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulayır. Ulu Öndərin faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsi, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbiçilərin dinc əhaliyə divan tutmasına qarşı kəskin münasibət bildirməsi diqqətə çatdırılır. Bildirilir ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunmasının da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanır.
Xorvatiyanın “Hina” milli xəbər agentliyi isə İ.Hacıyevin 20 Yanvar faciəsi ilə bağlı təqdim etdiyi məlumatlar əsasında “Azərbaycan - Qanlı Yanvar faciəsindən 25 il ötür” sərlövhəli analitik məqalə yayıb. Məqalədə faciə barədə ətraflı məlumat verilir, SSRİ-nin dağılması prosesi, müstəqillik uğrunda mübarizə məsələlərindən bəhs olunur, həmçinin M.Qorbaçovun yanlış siyasəti tənqid edilir.
Məqalələrin mətnləri ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
http://www.romanialibera.ro/actualitate/international/20-ianuarie-1990---zi-de-doliul-national-in-azerbaidjan-364169
http://www.agerpres.ro/comunicate/2015/01/16/20-ianuarie-1990-zi-de-doliul-national-in-azerbaidjan-12-19-04
http://www.trud.bg/Article.asp?ArticleId=4534112
http://www.ezadar.hr/clanak/azerbajdzan-25-godina-od-crnog-sijecnja
http://www.hina.hr/#vijest/8569651





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_ile_bagli_heqiqetler_Ruminiya_Bolqaristan_Xorvatiya_KIV_lerinde-825922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR