“Bir bilsəz onu hansı sözlərlə əzizləyirəm. Hər kəs üçün öz anası ən gözəl və ən şirindir. Hətta bəzən onu dişləmək üçün özümü güclə saxlayıram”.
Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Mehin Hümbətova anası, polkovnik-leytenant Xatirə xanım haqqında yazıb.
O, polis geyimində olan anası ilə selfisini bölüşərək anasına olan sevgisini və minnətdarlığını belə ifadə edib:
“Bütün insani keyfiyyətləri – mərhəməti və qayğıkeş olmağı səndən öyrəndim. Ən güclü motivasiyam sənsən!”.