Kim Çen In nüvə​ materiallarının istehsalının artırılmasını əmr etdi

Şimali Koreya lideri Kim Çen In Nüvə Silahları İnstitutuna və atom silahları üçün nüvə materiallarının istehsalı bazasına baş çəkib.

Metbuat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi verir.

Bildirilib ki, o, nüvə materialların istehsalının artırılmasını əmr edib .

Şimali Koreya lideri nüvə silahı üçün döyüş başlıqlarının istehsalını yoxlayıb. O, həmçinin uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayının artırılması barədə göstəriş verib.

Onun sözlərinə görə, KXDR ABŞ-yə cavab verə bilmək üçün təhlükəsizlik məsələlərini həll etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR