Bakı, 19 yanvar
Almaniyada fəaliyyət göstərən Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası “20 Yanvar” faciəsinin 25-ci ildönümü ilə əlaqədar Yena şəhərində anın tədbiri təşkil edib.
Assosiasiyadan AzərTAc-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən azərbaycanlı tələbələr “20 Yanvar” faciəsinin Azərbaycan tarixində əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan tarixinə qanla yazılan 20 Yanvar faciəsi eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur. Xalqımız, o cümlədən xaricdə təhsil alan və yaşayan azərbaycanlılar hər il “20 Yanvar” şəhidlərinin əziz xatirəsini anmağı özlərinin mənəvi borcu hesab edirlər.