Finlandiya zooparkı xərclərə görə pandalardan imtina etdi

Finlandiyadakı Axtari zooparkı inflyasiya və təmir xərclərinin artması səbəbindən iki nəhəng pandanın Çinə geri göndərilməsinə qərar verib.

Metbuat.az xəbər verir ki, pandalar vətənlərinə planlaşdırılandan səkkiz il tez qayıdacaqlar. Lumi və Piri adlı pandalar Finlandiyaya 2018-ci ildə Çin prezidenti Si Cinpinin bu ölkəyə səfərindən bir neçə ay sonra gətirilib. Bu səfər zamanı heyvanların mühafizəsi üzrə birgə saziş imzalanıb. Finlandiya ilə bağlanmış müqaviləyə əsasən, pandalar 15 il ölkədə qalacaqdı. Bununla belə, Axtari zooparkı pandaların 8 il tez göndəriləcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR