Departament rəhbəri öz ərizəsi ilə işdən çıxarılıb

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun müvafiq əmri ilə Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli vəzifəsindən azad edilib.

Aysel Kərimli başqa bir işə təyinat alıb. O, Neft və Sənaye Universitetində rektorun müşaviri təyin edilib.

Agentliyin İnformasiya və insan resursları şöbəsinin müdiri Rövşən Nəzərov bildirib ki, Aysel Kərimli öz ərizəsi ilə işdən çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR