Avropa Liqasının Liqa mərhələsinin ilk turundan sonra açıqlanan statistik göstəricilərə görə, "Qarabağ"ın futbolçusu Yassin Benzya künc zərbələri üzrə liderlik edir.
Metbuat.az xəbər verir ki, Benzya ilk turda 7 dəfə künc zərbəsi yerinə yetirib və bu göstərici ilə turnirdə ilk pillədə qərarlaşıb.
Eyni sayda künc zərbəsini "Mançester Yunayted"dən Kristian Eriksen də yerinə yetirsə də, siyahıda 2-ci yerdə göstərilib.