ABŞ-nin İsrailin təhlükəsizliyinə sadiqliyi sarsılmazdır - Harris

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İranın İsrailə hücumları ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, obildirib ki, İran Yaxın Şərqdə sabitliyi pozan və təhlükəli qüvvədir. İranın İsrailə raket hücumunu qınayan Harrisin sözlərinə görə, İranın Yaxın Şərqdə sabitliyi pozan qüvvə olduğunu İsrailə hücum sübut edir. İsrailin özünü müdafiə etmək hüququnu vurğulayan Harris qeyd edib ki, onlar hər zaman Təl-Əvivin özünü ən yaxşı şəkildə müdafiə edə bildiyinə əmin olmaq istəyirlər. O, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz olduğunu ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR