“Boko Haram”a qarşı beynəlxalq koalisiya yaradılır

“Boko Haram”a qarşı beynəlxalq koalisiya yaradılır
21:09 19 Yanvar 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

Afrika ölkələri Nigeriyada “Boko Haram” qruplaşmasına qarşı regional zərbə qrupu yaratmaq məsələsini nəzərdən keçirəcək.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Berlində Qana prezidenti Con Maxama Angela Merkellə görüşü zamanı bildirib.

 

O qeyd edib ki, yeni koalisiya yaradılacağı halda Qana öz ordusu ilə bu koalisiyada fəal iştirak etməyə hazırdır. Angela Merkel isə deyib ki, Almaniya qruplaşma ilə mübarizə üçün maliyyə yardımı göstərməyə hazırdır. Onun sözlərinə görə, bu məsələ ümumi maraqlara cavab verir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR