Ukrayna yenə alov içində

Ukrayna yenə alov içində
21:16 19 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada Mariupol ətrafında bütün istiqamətlər üzrə döyüşlər gedirlər.

ANS PRESS-in məlumatına görə, bu haqda kəşfiyyat batalyonunun komandir köməkçisi Konstantin Parşın açıqlama verib.

Onun sözlərinə görə, ən ağır vəziyyət Qranitni yaşayış məntəqəsində yaranıb.

"Mərmilər o qədər güclüdür ki, mənzildə şüşələr əsir. Separatçılar Ukrayna hərbi qulluqçularının mövqelərinə artilleriyadan və "Qrad"lardan atəş açırlar", - deyə Parşın bildirib.

"Dnepr-1" batalyonundan bildirilib ki, Ukrayna hərbi qulluqçularının mövqeləri Rusiya meyilli separatçılar tərəfindən Telmanovsk və Sartana qəsəbəsi ərazisindən atəşə tutulur.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR