1 həftədir susuz qalıblar - Nə vaxt veriləcək?

Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində qəza baş verməsi səbəbi ilə aparılan təmir işləri başa çatıb.

Mtebuat.az xəbər verir ki, bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzdindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda suyun durulma prosesi gedir:

“Bu gün axşam saatlarından suyun hissə-hissə verilməsinə başlanılacaq. Oktyabrın 10-u axşam saatlarından etibarən suyun ərazilərə əvvəlki rejimlə verilməsi bərpa olunacaq”.

Qeyd edək ki, sözügedən su xəttində baş verən qəzaya görə 1 həftəyə yaxındır Zeynalabdin Tağıyev, Müşfiqabad, 28 May və Güzdək qəsəbələrinə su verilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR