“Sumqayıt” baş məşqçisi Samir Abasovla yollarını ayırıb.
Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “Neftçi” ilə əldə olunmuş razılıq və S.Abasovun şəxsi istəyi əsasında onunla müqaviləyə xitam verilib.
Təcrübəli çalışdırıcı bundan sonra “Neftçi”də işləyəcək.
Qeyd edək ki, bu Samir Abasovun “Neftçi”yə ikinci təyinatıdır. O, 2020/2022-ci illərdə “Neftçi”ni çalışdırıb. Məşqçi Bakı klubu ilə 2021-ci ildə Azərbaycan çempionu olub.