​Qavi heyətə qayıtdı, özü ilə milyonlarla avro “gətirdi”

Bir müddətdir zədə səbəbilə yaşıl meydanlardan uzaq qalan Qavi zədəsini tam sağaldıb.

Metbuat.az xəbər verir ki, o artıq oyunlara çıxmağa hazırdır. Həmçinin, klub onunla müqavilənin müddətini artırmaq üçün danışıqlara başlayacaq. Qavinin klubun yeni layihəsinin vacib futbolçularından olduğu deyilir. İspaniya mediasının məlumatına görə, FİFA bir ilə yaxındır meydanlardan uzaq qalan Qaviyə görə, “Barselona”ya azı 6 milyon ödəyəcək. Bildirilir ki, FİFA millinin oyunlarında zədələnən futbolçulara görə, onun məxsus olduğu kluba təzminat ödəyir.

Qeyd edək ki, İspaniya millisinin Gürcüstanla oyununda Qavinin çarpaz bağları sıradan çıxmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR