Şəhidlərimizin xatirəsi daim əziz tutulur

Şəhidlərimizin xatirəsi daim əziz tutulur
21:23 19 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 25 –ci ildönümü münasibətilə anma tədbiri keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, mərasimdə bu elm müəssisəsinin direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov 1990-cı ilin yanvaında yaşananları bir daha xatırlayıb. O, bu qanlı hadisəyə ilk dəfə hüquqi-siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib.
Sonra Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş şəhid Yusif Sadıqovun bacısı, AMEA rəyasət heyəti yanında Terminologiya Komissiyası sədrnin müavini, professor Sayalı Sadıqova qardaşı barəsində xatirələrini söyləyib.
Professor Nadir Suleymanov və digər çıxış edənlər yanvar hadisələrinin dəhşətlərindən, xalqımızın azadlıq yolunda göstərdiyi qəhrəmanlıqlardan söz açıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidlerimizin_xatiresi_daim_eziz_tutulur-825946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR