Ehtiram Hüseynov istefa verib Bakıdan köçdü

Əməkdar artist Ehtiram Hüseynov Azərbaycan Milli Konservatoriyasındakı işindən ayrılıb.

Metbuat.az xəbər verir ki, xanəndə bu barədə "Evdəkilərə salam" verilişində danışıb.

E.Hüseynov bildirib ki, Xankəndidə yaşayır. Qarabağ Universitetinin İncəsənət fakültəsində dərs deyir:

"Qərar verdim ki, Xankəndiyə gedim. Hamı təəccübləndi və soruşdular ki, Bakıda universitetdə dərs deyirsən, bu qədər işin var, hər şeyi atırsan? Cavab verdim ki, bəli, hər şeyi atıb gedirəm. Ərizəmi yazdım və işdən çıxdım. İndi Xankəndidə universitetdə çalışıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı