Bu ay Azərbaycanda 6 gün ardıcıl iş olmayacaq.
Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 12 və 13 noyabr iş günləri müvafiq olaraq 16 və 23 noyabr istirahət günləri ilə dəyişdirilib. 8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabrın şənbəyə təsadüf etməsi səbəbilə Əmək Məcəlləsinə uyğun olaraq, 11 noyabr da qeyri-iş günü elan edilib.
Bu dəyişikliklər nəticəsində 8, 9, 10, 11, 12 və 13 noyabr ardıcıl istirahət günləri olacaq.