İsrail ordusu Livanda Hizbullahın iki yüksək rütbəli komandirini zərərsizləşdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, oktyabr ayında İsrailə doğru 400-dən çox mərmi atılmasına cavabdeh olan Hizbullah qüvvələrinin sahil sektoru komandiri Musa İzzəddin və Hizbullahın sahil sektorundakı artilleriya komandiri⁠ Həsən Məcid Daib məhv edilib.