Bu oğlan fizikanın bütün qanunlarını dağıdır (VİDEO)

Bu oğlan fizikanın bütün qanunlarını dağıdır (VİDEO)
21:56 19 Yanvar 2015
183 İdman
Ölkə mətbuatı
A- A+

Parkur özünəməxsus idman növüdür. ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə yayılan bu videoçarx son zamanlar baxış rekordu vurur.

Bu videoçarxda gənc oğlan bir sıra məkanlarda qeyri-adi və eyni zamanda təhlükəli tryukları yerinə yetirir.

Parkur idman növünü yəqin ki, bir çoxunuz bilmir. Bu, maneələri aşma sənətidir. Parkurla məşğul olanların bir çoxu bunu həyat üslubu kimi qəbul edir. Parkurun ideoloqları Devid Bell və Sebastyan Fukandır. Hazırda bir çox ölkədə fəal şəkildə müəyyən birliklər və şəxslər tərəfindən təbliğ olunur və inkişaf etdirilir.

Parkurun mahiyyətində hərəkət və müxtəlif səciyyəli maneələrin dəf olunması durur. Bu maneələr memarlıq abidələri də, xüsusi hazırlanmış konstruksiyalar da ola bilər.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR