Daha yüngül, daha qənaətcil Audi Q7 - VİDEO - FOTOSESSİYA

Daha yüngül, daha qənaətcil Audi Q7 - VİDEO - FOTOSESSİYA
21:57 19 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

Alman brendinin ən iri krossoveri 9 il əvvəl debüt etmişdi. Q7 Audi üçün bütün əsas bazarlarda – ABŞ, Çin, Almaniya və digər ölkələrdə böyük uğurlar qazanıb. İkinci nəsil gözlənildiyindən də artıq dəyişikliyə məruz qalıb. Audi Q7 bazarın bütün inkişaf tələblərinə cavab verir: o xələfinə nisbətən (325 kq) yüngül, sürətli və qənaətcildir (26%).
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Avtomobilin qabarit ölçüləri dəyişməsə də salon və yük yeri böyüyüb. Avtomobil üçün ikisi benzin (252 və 333 a.g.) və ikisi dizel (218 və 272 a.g.) olmaqla dörd mühərrik nəzərdə tutulub. Krossoverin məişət elektrik şəbəkəsindən yüklənə biləcək hibrid variantı da olacaq.
 
Audi Q7 modelinin əsas rəqibləri BMW X5, Infiniti QX80, Range Rover Sport olacaq. Avtomobilin satışları 2015-ci ilin yayında başlanacaq.
 
Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/319397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR