​Hollandiyada Netanyahunun həbs qərarının icrası tələb edildi

Hollandiya parlamentində Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barədə verdiyi həbs qərarının icrasını tələb edən vəsatət qəbul edilib.

Metbuat.az xəbər verir ki, sənəd büdcə müzakirələri zamanı müxalifət partiyasından olan millət vəkili Keyt Piri və digər 5 millət vəkili tərəfindən irəli sürülüb. Netanyahu və Gallantın həbs edilməsi qərarının icrası üçün təqdim edilən təklif parlamentdə səs çoxluğu ilə qəbul edilib.

Müraciətdə hökumətdən Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarının Məhkəmənin iştirakçısı olan bütün ölkələr tərəfindən icrasını təmin etmək üçün səy göstərməsi, eyni zamanda Hollandiyanın bu həbs qərarına əməl etməsi tələb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR