Qaradağda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Qaradağda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
22:18 19 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına mədəniyyət sarayında 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib.
Görüşdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 20 Yanvar hadisələrini xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirib. Qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq, bu, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və faciənin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiyməti verildi.
Görüşün sonunda S.Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailələrinin problemləri ilə maraqlanıb və onlara maddi, ərzaq yardımı göstərilib.
Sonra 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qəlbimizdə daim yaşayacaqsınız” adlı ümumrayon anma mərasimi keçirilib.
Mərasimdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradagda_20_Yanvar_faciesinin_25_ci_ildonumu_ile_elaqedar_silsile_tedbirler_kechirilib-825964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR