Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
22:18 19 Yanvar 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.
İnstitutdan AzərTAc-a bildirilib ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin ən böyük faciələrindən biri olmaqla yanaşı, həm də müstəqillik uğrunda mübarizənin şərəfli səhifələrindən sayıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, 20 Yanvar qanlı faciə olsa da, bizim üçün həm də milli birliyin, əzmin, əqidənin, mübarizənin, qorxmazlığın rəmzidir. Bu faciə xalqı ayağa qaldırdı, bugünkü müstəqilliyə aparan yolun başlanğıcı oldu.
M.İmanov 20 Yanvar mövzusunda yaranan ədəbiyyat barədə də məlumat verib.
İnstitutun əməkdaşları çıxış edərək faciənin acı nəticələrindən danışıblar. 20 Yanvara həsr edilmiş şeirlər səsləndirilib, tədbirin ruhuna uyğun saz havaları ifa olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Folklor_Institutunda_20_Yanvar_sehidlerinin_xatiresi_anilib-825963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR