“Həssas təbəqədən olan qadınların məşğulluğu" layihəsi çərçivəsində təlimlər davam edir

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Həssas təbəqədən olan qadınların məşğulluğu" layihəsinin icrası davam edir.

İyirmi nəfər xanımın iştirak etdiyi layihənin üçüncü günündə iştirakçılar CV hazırlanması, iş müsahibələrində ən çox verilən suallar, özünü düzgün ifadə etmək kimi mövzular üzrə yeni biliklər əldə ediblər.

Qeyd edək ki, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olan "Həssas təbəqədən olan qadınların məşğulluğu" layihəsi çərçiçəsində iyirmi nəfər xanım iştirakçıya məşğulluq imkanlarının artırılması, onlarda müasir əmək bazarına uyğun bilik və bacarıqların formalaşması məqsədi ilə təlimlər keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı