Rusiya İrəvana adam göndərdi

Rusiya İrəvana adam göndərdi
22:46 19 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Rusiya hərbi qulluqçusu barəsində araşdırmanın koordinasiyası üçün İrəvana gəlib.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Federasiyasının İK rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

"Rusiyanın İstintaq komitəsinin sədri Aleksandr Bastırkin Rusiya hərbi qulluqçusu Valeri Permyakov barəsində cinayət işinin araşdırılması üzrə hərbi müstəntiqlərin işinin koordinasiyası üçün İrəvana gəldi", - deyə Markin açıqlama verib.

Bastırkin cinayətin obyektiv və tam araşdırılması üçün Ermənistanın hüquq-mühafizə orqanları ilə sıx və qarşılıqlı şəkildə işləyəcək.

Qeyd edək ki, Gümrüdə Valeri Permyakov bir erməni ailəsinin 6 üzvünü öldürmüşdü.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320650

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR