Tariximizin qanlı və şanlı səhifəsi

Tariximizin qanlı və şanlı səhifəsi
22:48 19 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
Kitabxanadan AzərTAc-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov faciənin təkcə ölkə tarixində qanla yazılmış bir səhifə kimi deyil, həmdə Azərbaycanın müstəqillik yolunda əldə etdiyi bir zəfər kimi anılmasından, terror hadisəsinin Ümumxalq Hüzn Günü kimi əbədiləşdirilməsindən, bu qanlı hadisəyə ilk siyasi və hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin xüsusi rolundan danışıb. Azərbaycan həqiqətlərinin, o cümlədən bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərdən və gənclərin bu işdə xüsusi fəallığından söz açan F.Salmanov qeyd edib ki, gəncliyimiz həmişə belə məsələlərdə fəal olmalıdır.
Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri çıxış edərək ölkənin milli azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsindən, Qara Yanvarın dəhşətlərindən danışıblar.
Sonda qanlı 20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tariximizin_qanli_ve_sanli_sehifesi-825970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR