Yaşı 30-dan yuxarılar hərbiyə çağırılır? - AÇIQLAMA

Yeni qərara görə, hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi 35-dən 30-a endirilib. Bəs bu qərar 30-dan yuxarı, amma hələ 35 yaşı tamam olmayan şəxslərə də aiddir, yoxsa bu qərar 30 yaşı tamamlamamış şəxsləri əhatə edir?

Bu barədə hərbi ekspert Şair Ramaldanov Metbuat.az-a bildirib ki, hər bir qanun qüvvəyə minən gündən dəyişiklikləri şamil olunur və çağırış müddətinin yuxarı yaş həddinin 30-a salınması da təsdiqlənib:

“Hər çağırış dövründə Azərbaycan Respublikası Prezidentinin çağırışla bağlı sərəncamı, fərmanı çıxır. Orada əvvəl 35 yaşa qədər qeyd olunurdusa, indi 30 yaşa qədər qeyd olunur və bu da məhz qanunda göstərdiyi kimi, 18 yaşdan 30 yaşa qədər olan çağırışçılara aid olan məsələdir. 30 yaşdan yuxarı heç kim çağırışçı sayıla bilməz və təbii ki, həmin vətəndaşlara çağırışla bağlı heç bir müraciət oluna bilməz”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı