Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göyçayda maşın 13 yaşlı velosipedçinin üstündən keçib

Date: 25 December 2014 15:22

[ 25 Dekabr 2014 15:20 ]



Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, Hüngütlü kəndi ərazisində qeydə alınıb. 90-UB-874 dövlət nömrə nişanlı “Hyundai” markalı minik maşını yolu velosipedlə keçən Göyçay sakini, 2001-ci il təvəllüdlü Şahin Süleymanovu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan Şahin Süleymanov Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 



Tags:  Göyçayda maşın 13 yaşlı velosipedçinin üstündən keçib


RƏYLƏR


Top news