Zaqatalada 40 yaşlı qadın intihara cəhd edib

23:37 19 Yanvar 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 23:32 ]

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada 40 yaşlı qadın intihara cəhd edib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  Zaqatala şəhəri, Azərbaycan prospekti, 39 ünvanında yaşayan, 1975-ci il təvəllüdlü Gülcənnət İsmayıl qızı Bubuşova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 40 yaşlı Gülcənnət Bubuşova intihar etmək məqsədi ilə 20-yə yaxın müxtəlif dərman qəbul edərək zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Gülcənnət Bubuşovaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR