Zaqatalada 40 yaşlı qadın özünü öldürmək istədi

Zaqatalada 40 yaşlı qadın özünü öldürmək istədi
23:47 19 Yanvar 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada 40 yaşlı qadın intihara cəhd edib.

Milli.Az xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya bürosuna verilən məlumata görə, Zaqatala şəhəri, Azərbaycan prospekti, 39 ünvanında yaşayan, 1975-ci il təvəllüdlü Gülcənnət İsmayıl qızı Bubuşova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 40 yaşlı Gülcənnət Bubuşova intihar etmək məqsədi ilə 20-yə yaxın müxtəlif dərman qəbul edərək zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Gülcənnət Bubuşovaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR