"Atletiko Madrid"ə çinli milyarder müştəri çıxdı

"Atletiko Madrid"ə çinli milyarder müştəri çıxdı
23:52 19 Yanvar 2015
219 İdman
Ölkə mətbuatı
A- A+

“La Liga”nın nüfuzlu komandaları əcnəbilərin əlinə keçir
“Reuters”in xəbərində deyilir ki, çinli milyarder İspaniyanın “La Liga” çempionatında oynayan “Atletiko Madrid” klubunun 20 faizini almaq fikrindədir. Bu barədə İspaniya mediası xəbər yayıb.

“Dalian Wanda” Şirkətlər Qrupuna rəhbərlik edən Vanq Jianlin futbol azarkeşidir. O, bu niyyəti barədə hələ paytaxt Pekində bəyanat vermişdi.

“Forbes” jurnalının hesablamasına görə, onun əlində 13,2 milyard dollarlıq nağd sərmayə var və o, çinin ən varlı adamları sırasında dördüncü yeri tutur. Milyarder “Atletiko Madrid”ə ilkin olaraq 46,34 milyon dollar sərmayə qoymağı planlaşdırıb.

Maraqlıdır ki, “Atletiko Madrid” çinli milyarderin bu təşəbbüsü barədə hər hansı açıqlama verməkdən çəkinib. Ancaq məlum olan odur ki, son illər İspaniya çempionatına maraq dünyada artmaqdadır. Məsələn, “Malaqa” Qatardan olan kral ailəsi tərəfindən hələ 2010-cu ildə alınıb. “Valensiya” isə demək olar ki, Sinqapurdan olan milyarder Peter Lim-ə məxsusdur. O, komandanın böyük bir payına sahib olub.

“La Liga”nın ən varlı komandaları isə şübhəsiz ki, “Real Madrid” və “Barselona”dır. Onlar dünyanın ən öncül klubları sayılır və illik gəlirləri də digər komandalardan çoxdur. Bu komandalar Qatar və Birləşmiş Ərəb Əmirliyindən olan sərmayəçilərin əlindədir.

“Reuters” agentliyi vurğulayır ki, “Atletiko Madrid”in Azərbaycanla da sponsorluqla bağlı müqaviləsi var.

musavat.com


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR