Qırğızıstanın mobil operatoru Azәrbaycanın әrazi bütövlüyü ilә bağlı yanlışlığı düzәltdi

Qırğızıstanın mobil operatoru Azәrbaycanın әrazi bütövlüyü ilә bağlı yanlışlığı düzәltdi
00:24 20 Yanvar 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın "Nurtelekom"a mәxsus "O!"mobil operatoru Azәrbaycanın әrazi bütövlüyü ilә bağlı saytlarındakı yalnış yerlәşdirmәni düzәldib.

Bunu APA-ya Qırğızıstanın Azәrbaycandakı sәfiri Aycigit Buranov deyib.

 

Onun sözlәrinә görә, Qırğızıstanın Xarici İşlәr Nazirliyinin şirkәtin hüquq şöbәsinә müraciәtindәn sonra, yanlışlıq aradan qaldırılıb: "Bununla yanaşı, şirkәtin nümayәndәsi yol verilmiş sәhvә görә üzr istәyib”.

 

Xatırladaq ki, Qırğızıstanın "Nurtelekom"a mәxsus "O!"mobil operatoru öz saytında beynәlxalq zәnglәr bölmәsindә Dağlıq Qarabağı Ermәnistan әrazisi kimi göstәrmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR